send link to app

Elyx: Comfortable and safe


4.6 ( 5616 ratings )
Navigasyon Seyahat
Geliştirici: ELYX MMC
ücretsiz

Uzun zamandır ki, rahat və hüzur dolu səyahət etmirsiniz? Elə isə, Azərbaycanda yaradılmış avtomobil çağırma xidməti olan Elyx-i kəşf etməyin əsl vaxtıdır. Getmək istədiyininiz ünvan cəmi bir neçə toxunuşunuz qədər uzaqlığınızdadır. Sadəcə tətbiqetməni açıb, hara gedəcəyinizi və hansı tariflə səyahət etmək istədiyiniz qeyd etməyiniz kifayətdir.

Niyə Elyx ilə səyahət etməlisiniz?

Öncə Təhlükəsizlik
Bizim əsas məqsədlərimizdən biri səyahətlərin tam təhlükəsiz tamamlanmasıdır. Bunun üçün sürücü seçiminə həssas yanaşmaqla yanaşı, bütün səyahətlərinizi geolokasiya edir, o cümlədən, səyahətlərinizi qeydə alırıq.

Şəffaf Qiymətlər
Şəffaflığı tam təmin etmək üçün gediş haqqını görməklə yanaşı, həm də gediş haqqı ilə bağlı bütün məlumatları tam olaraq görə bilərsiniz.

Rahat və Hüzur Dolu Səyahətlər
Uzun zamandır ki, rahat və hüzur dolu səyahət etmədiyinizi bilirik. Bunun üçün sizin qayğınıza qalan Elyx var.

İstəkləriniz Önəmlidir
Hər bir səyahətdə fərqli istəklərinizin ola biləcəyini bilirik. Elə bunun üçün təbiqetmədə səyahət sifariş vermədən öncə istəklərinizi qeyd edə bilməyiniz üçün "Seçimlər" bölməsi var.

Rahat İnterfeys
Rahatlıqla istifadə edə biləcəyiniz bir tətbiqetmə yaratmaq üçün gecə-gündüz çalışırıq. Tətbiqetmədə səyahət sifariş edə, tarixçəyə baxa və səyahətlə bağlı əlavə istəklərinizi qeyd edə bilərsiniz.

Fərdiləşdirilmiş Səyahətlər
Əgər sizin də səyahətdən fərqli gözləntiləriniz varsa, tətbiqetməyə daxil olub, "Üstünlüklər" səhifəsini açaraq səyahətlərinizi fərdiləşdirə bilərsiniz.

Elyx necə işləyir?
1 - Tətbiqetməni açın və cəmi bir neçə məlumatı qeyd edərək dərhal qeydiyyatdan keçin.
2 - İstər xəritədə, istərsə də yazaraq Qarşılama yerini və Gedəcəyiniz ünvanı qeyd edin.
3 - Səyahətə başlamadan təxmini qiymətləri öyrənin və istəyinizə uyğun səyahət növünü seçin.
4 - Budur! Sürücünüz artıq ünvandadır. Səyahət etməkdən zövq almaq vaxtıdır!

Suallarınız olarsa, [email protected] ünvanına məktub yazaraq, o cümlədən https://elyx.app/contact səhifəsindən bizimlə əlaqə saxlaya bilərsiniz.

Bizi sosial şəbəkələrdə izləməyi unutmayın:
Facebook – https://facebook.com/elyxapp
Instagram – https://instagram.com/elyx.app
Twitter – https://twitter.com/elyxapp